17 May 2024
Rusiyadan İRANA ZƏRBƏ: Kremldə Abdullahianın ŞİKAYƏTİNƏ BAXAN OLMADI

Rusiyadan İRANA ZƏRBƏ: Kremldə Abdullahianın ŞİKAYƏTİNƏ BAXAN OLMADI

07 Oktyabr 2021
Baxış: 455

“Son günlərdə İran və Azərbaycan arasındakı gərginlik artmaqdadır. İran Azərbaycanın 44 günlük savaşdakı qələbəsini və bundan sonra regionda baş verən real dəyişiklikləri qəbul və həzm edə bilmir. Buna görə də, hər gün öz başını içindən çıxa bilməyəcəyi işlərə soxur”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, Ermənistanın 30 illik işğalına dəstək verməklə kifayətlənməyən İran indi də bizi hədələməyə çalışır:

“İran öz ayıbına kor olub yerinə oturmaq istəmir. Halbuki onun yaxın tarixdə Ermənistanın işğalçılıq siyasətini hansı formada dəstəklədiyini öz gözlərimizlə görmüşük. Ermənilərə hər cür dəstəyi verən İran ərazilərimizin işğalda qalması üçün separatçıların əsas dayaqlarından biri olub. Bu azmış kimi, indi də bizə barmaq silkələyir, hədə-qorxu gəlməyə çalışır. Çünki İran Türkiyənin bölgədəki varlığı ilə barışmaq, Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalamasını istəmir. İran Cənubi Qafqazın üç ölkəsinin arasını vurmaq üçün əlindən gələni edir. Amma bu siyasəti molla rejiminin özünə zərər verdi. Artıq İranın bölgədə əl-qolu tam bağlanıb.

İndi İran baş verənlərdən qorxuya düşüb. Sən yaxşı qonşu olsaydın, bu gün bunlardan gorxmazdın. Demək ki, İran nəinki tərəfdaş deyil, normal qonşu da deyil. İranın bugünkü durumu məlumdur. İlərdir ABŞ-ın sanksiyalarına məruz qalan ölkənin iqtisadi vəziyyəti getdikcə pisləşir. Üstəgəl indiyədək yürütdüyü xarici siyasət və strategiyası iflasa uğrayır. İranın kim olduğunu görmək üçün ərəb ölkələrinin media qurumlarına baxmaq lazımdır. Ərəb nəşrləri İranın az qala bütün yaxın qonşuları ilə münasibətlərinin müharibə həddinə çatdığını yazırlar. Bütün bunlara baxmayaraq, İran özünü “böyük”, bizi isə “kiçik dövlət” kimi gördüyünü bəyan edir, zaman-zaman ölkəmizə qarşı absurd ərazi iddiaları irəli sürür. Amma İran kimin kimdə ərazisinin olduğunu yaxşı bilir”.

İran Qarabağda İsrail hərbçilərinin olduğunu iddia edir, Türkiyə və Pakistanın bizimlə müttəfiqliyini özünə qarşı hədə sayır. Bu əsassız ittihamlarını əsas tutaraq, bizi hədələyir. Bütün bunlar İranın “din qardaşı” adlandırdığı Azərbaycana qarşı məkrli niyyətinin təzahürüdür. Demək ki, deyilənlər doğrudur, farsla erməninin milliyətcə fərqi yoxdur, eyni kökdən gəlirlər”.

Ramiyə Məmmədova bildirib ki, vaxtilə Ermənistan Baş naziri Nikol Paşinyan bizdən şikayət edirdisə, indi də İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan qabağına çıxana Azərbaycandan şikayətlənir:

“Abdullahiyan Rusiyaya bizi şəkayət etməyə getmişdi. Bəs sən işğal dövründə Azərbaycanı saymadan Ermənistanla iqtisadi əlaqələrini genişləndirəndə, birgə layihələr işləyəndə, separatcı rejimə hər cür dəstək verəndə, separatçılarla aranda körpülər tikəndə bilmirdin ki, bir gün haqq-ədalət öz yerini tutacaq?!

Abdullahiyanın şikayətləri əsassızdır, bunu Lavrov da yaxşı bilir. Buna görə Moskvada şikayətlərinə baxan olmadı. Lavrovdan da tərs sillə alıb, üz qızardıb əliboş Tehrana qayıtdı. İrandakı molla rejimi Azərbaycana qarşı atdığı addımların ona nə qədər baha başa gələcəyini, onun bu regionda tam təkbaşına qalmasına gətirib çıxaracağını dərk etmir. İranın bu regiondakı qüvvələrlə baş-başa gəlməsi mümkünsüzdür. İran təkdir, buna görə onun hədələri gülünc görünür və onun özünü də cılız göstərir. Buna görə də, özünüə “təhdid” hesab etdiyi Zəngəzur dəhlizinin açılmasının qarşısını ala bilməyəcək. İran Türkiyə-Azərbaycan müttəfiqliyi qarşısında ən zəif bənddir”.