17 May 2024
Rusiyada saxta spirtli içkidən 11 nəfər öldü

Rusiyada saxta spirtli içkidən 11 nəfər öldü

07 Oktyabr 2021
Baxış: 504

Rusiyada saxta alkoqollu içkilərdən zəhərlənərək həyatını itirənlərin sayı 11 nəfərə çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Orenburq vilayətində qeydə alınıb.

Spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilən dörd nəfərin vəziyyəti isə ağırdır.

Vilayət qubernatoru Denis Paslerin mətbuat xidməti bildirib ki, surroqat spirtdən (Odekolon – Red) hazırlanan içki fərqli qablarda və fərqli yerlərdə satılıb. Vətəndaşlara aksiz markası olmayan spirtli içkiləri almamaq tövsiyyə edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.