17 May 2024
"Rusiyada müharibəyə yox deyənlər işdən çıxarılsın!" - Deputatdan ŞOK TƏKLİF

"Rusiyada müharibəyə yox deyənlər işdən çıxarılsın!" - Deputatdan ŞOK TƏKLİF

01 Mart 2022
Baxış: 490

Rusiya Prezidenti Vladimir Putinin Ukraynada xüsusi əməliyyatla bağlı qərarı ilə razılaşmayan dövlət qurumlarının məmurları və işçiləri vəzifələrindən uzaqlaşdırılmalıdır.

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev deyib.

“Bəzi "bacarıqlı" vətəndaşlarımız hesab edir ki, teatrda, kinoda və televiziyada, üstəlik, dövlət korporasiyalarında və dövlət qurumlarında karyeraları ölkə rəhbərliyinin qərarına məhəl qoymamağa imkan verir. Elə şüarlar var ki, onlardan bir şey eşidirəm - xəyanət. Hesab edirəm ki, bu cür müxaliflərə bütün dövlət vəzifələrində işləmək qadağan edilməlidir. Birdəfəlik hər kəsə ibrət dərsi verilməlidir. Ali Baş Komandanın qərarı qəbul olunarsa, geriyə addım yoxdur”, - o bildirib.