18 May 2024
Rusiyada koronavirusdan rekord ölüm sayı qeydə alındı

Rusiyada koronavirusdan rekord ölüm sayı qeydə alındı

05 Oktyabr 2021
Baxış: 401

Rusiya Federasiyasında gün ərzində 895 nəfər koronavirusdan həyatını itirib.

Bu, bütün pandemiyada yeni rekord göstəricidir, ölüm sayında son maksimum bazar günü qeydə alınmışdı - 890 ölüm.

Ölümlərin çoxu Moskvada (72), Sankt-Peterburqda (58), və Sverdlovsk vilayətindədir (41 nəfər).

Rusiyada COVID-19 qurbanlarının ümumi sayı 211 696-ya çatıb.

Son sutka ərzində 25 110 yeni yoluxma hadisəsi aşkar edilib.

Ümumilikdə, Rusiyada koronavirus infeksiyasına 7 637 427 yoluxma halı qeydə alınıb.

Ölkədə artıq 6 759 059 xəstə, o cümlədən son sutka ərzində 18 568 nəfər sağalıb. “İnterfaks”