18 May 2024
Rusiyada analar ETİRAZLARA BAŞLADILAR - Ukraynada döyüşən oğulları ilə ƏLAQƏ YOXDUR

Rusiyada analar ETİRAZLARA BAŞLADILAR - Ukraynada döyüşən oğulları ilə ƏLAQƏ YOXDUR

24 Mart 2022
Baxış: 543

Rusiya Federasiyasında analar etirazlara başladılar: Ukraynada döyüşən oğulları ilə əlaqələri kəsilib.

AJMEDİA.İNFO xəbər verir ki,bu barədə “İdel-Ural” məlumat yayıb. Rusiyada Vladimir Putinin Ukraynaya döyüşə göndərdiyi hərbçilərin anaları və arvadları etiraz aksiyasına çıxmağa başlayıblar.

Məsələn, Qaraçay-Çərkəzdə qadınlar çayın üzərindəki yolu bağlayaraq körpüdə nəqliyyatın hərəkətini dayandırıb, Ukraynada müharibədə iştirak edən uşaqları, qardaşları, ərləri barədə məlumatların açıqlanmasını tələb ediblər.

Qeyd olunur ki, altı qadın Xusa çayı üzərindəki körpüdə yolu bağlayıb, onlar etiraz olaraq nəqliyyatın hərəkətini dayandırıblar.

Polis qadınları saxlayıb. Onlara qarşı aksiya keçirmə qaydalarının pozulması ilə bağlı inzibati maddə ilə protokollar tərtib edilib. Digər təfərrüatlar məlum deyil.

Xatırladaq ki, Ukraynada cümə axşamı, martın 24-ü səhər saatlarına olan məlumata görə, Rusiya ilə müharibə zamanı artıq təxminən 15 800 işğalçı məhv edilib.

Rusiya məhv edilmiş hərbçilərinin cəsədlərini vətənə aparmaqdan imtina edir, onların Ukraynada öz ordusu tərəfindən məhv edilməsi əmri verilib.(Konkret.az)