15 May 2024
“Rusiya Zəngəzuru da Qarabağla birlikdə nəzarətinə keçirməyə çalışır...” - Ayrumyan  

“Rusiya Zəngəzuru da Qarabağla birlikdə nəzarətinə keçirməyə çalışır...” - Ayrumyan  

24 Noyabr 2021
Baxış: 517

“Belarus-Polşa və Ermənistan-Azərbaycan sərhədlərində baş verənlər Moskvanın idarə etdiyi ümumi bir prosesin tərkib hissəsidir...”

Xəbər verildiyi kimi, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Rusiya Müdafiə Nazirliyinin Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı təklifləri ilə razılaşır. Dünəndən isə ölkə paytaxtında müxalif qüvvələr Rusiyanın bu təklifinin konkret nələrdən ibarət olmasının açıqlanması tələbi ilə geniş etiraz aksiyaları başladıb. Bəzi müşahidəçilər əslində bu etirazların Rusiyanın sərhədlər və Zəngəzurla bağlı planının baş tutmaması üçün Paşinyanın özü tərəfindən belə bir açıqlama verməklə körükləndiyini iddia edir.

"Paşinyanın Lukaşenko ilə telefon danışığı Belarus-Polşa və Ermənistan-Azərbaycan sərhədlərində baş verənlərin Moskvanın idarə etdiyi ümumi bir prosesin tərkib hissəsi olmasının göstəricisidir. Bu prosesin məqsədi Brüsseldəki danışıqları pozmaqdır. Sərhəddə və Qarabağda münaqişənin gərginləşməsi də eyni ümumi planın bir hissəsidir. ”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya mediasına açıqlamasında Paşinyanın sözügedən açıqlamasını silahın tətiyinin çəkilməsi müqayisə edən siyasi şərhçi Naira Ayrumyan bildirib.

"İki əsas diskurs, mühakimə var. Birincisi odur ki, gərginləşmə Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizin güc yoluyla açılmasını təmin etməlidir. İkincisi odur ki, eskalasiya Sünik(Qərbi Zəngəzurun da daxil olduğu vilayət-S.L.) və Qarabağın Ermənistandan tam kəsilməsini təmin etməlidir ki, sonradan bu ərazi Rusiyanın nəzarəti altına keçirilsin. Və İrəvandakı son etirazlar bu prosesə müqavimətin ola biləcəyinə dair siqnal da ola bilər. Amma qərarın İrəvanda verilmədiyi üçün aksiyaların nə dərəcədə uğurlu olacağını demək çətindir”, - deyə siyasi müşahidəçi izah edib.(Moderator.az)