Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir (YAR...
3 dəqiqə əvvəlRusiya və Serbiya qazın qiyməti ilə bağlı razılığa gəldi
25 Noyabr 2021
Baxış: 577
Rusiya növbəti altı ay ərzində Serbiya üçün qazın qiymətini 270 dollar səviyyəsində saxlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına əsasən bildirib.
Vuçiç bildirib ki, fevralın sonuna qədər ölkəsinin 30 milyon kubmetrə yaxın qaza ehtiyacı var, may-iyun aylarında isə 4-5 milyon kubmetr qaz lazımdır:
"Prezident Putin Serbiyaya müstəsna dostluq nümayiş etdirdi: qazın qiymətini inanılmaz dərəcədə 270 dollara ala bildik. Bizim üçün qiymət dəyişmir, eyni olaraq qalır. Altı ay ərzində qazın həcmini, eləcə də təchizatın çevikliyini artırmaq barədə razılığa gəldik".
"Hazırda Avropada 70 milyard kubmetr qaz qıtlığı var. Deməli, bu, bizim üçün xilas kimidir, nə işıq, nə də qaz problemimiz olmayacaq", - Serbiya lideri əlavə edib.