17 May 2024
Rusiya və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu

Rusiya və Ermənistan XİN başçıları arasında telefon danışığı oldu

22 Dekabr 2021
Baxış: 542

Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Sergey Lavrovla Ararat Mirzoyanın danışığı zamanı Azərbaycan Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası mexanizmlərinin formalaşdırılmasının vacibliyini qeyd ediblər.

Tərəflər noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə imzalanan üçtərəfli bəyanatında qeydə alınmış razılaşmaların icrası ilə bağlı geniş spektrli məsələləri müzakirə edib.

Tərəflər həmçinin Azərbaycan Ermənistan sərhədindəki son vəziyyəti, habelə dövlət sərhədinin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılması istiqamətində atılan addımların vacibliyini qeyd ediblər.