Sumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunmuş t...
10 saat əvvəlRusiya Ukraynanın paytaxtını BOMBALAYIR - FOTO/VİDEO
25 Fevral 2022
Baxış: 505
Ukraynanın paytaxtı Kiyev şəhərində səhər saatlarından partlayış səsləri eşidilməyə başlanıb.
Verilən məlumata görə, ilk partlayış səsləri Peçerski və Qoloseyevski rayonlarında eşidilib.
“Operativ məlumata görə Darniçski rayonu üzərində uçuş həyata keçirən pilotsuz uçuş aparatı Ukrayna ordusu tərəfindən vurulub. Kiyevə ballistik və qanadlı raketlərlə zərbələr endirilir”, - deyə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.
AJMEDİA.İNFO xəbər verir ki, ilkin məlumata görə, vurulan PUA yaşayış evinə düşüb. Şəhərin hava hücumundan müdafiə sistemi atılan raketlərin bəzilərini zərərsizləşdirib.
Mənbə: Unian