17 May 2024
Rusiya Ukraynanın bu ərazisini "Tornado" ilə VURDU

Rusiya Ukraynanın bu ərazisini "Tornado" ilə VURDU

02 İyun 2022
Baxış: 391

Rusiya qoşunları Dnepropetrovsk bölgəsinə “Tornado” reaktiv yaylım atəşi sistemindən raket zərbələri endiriblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib.

O qeyd edib ki, Rusiya “Tornado” MLRS-dən üç raket atıb.

Rezniçenkonun sözlərinə görə, dağıntılar və qurbanlar barədə məlumat dəqiqləşdirilir:

“Xilasedicilər hadisə yerindədir. Pis hava şəraiti onların işini çətinləşdirir”.