20 May 2024
"Rusiya Ukraynada onu nəyin gözlədiyini bilsəydi..." - Zelenskidən SƏRT AÇIQLAMA

"Rusiya Ukraynada onu nəyin gözlədiyini bilsəydi..." - Zelenskidən SƏRT AÇIQLAMA

25 Mart 2022
Baxış: 405

Ukrayna Prezidenti Vladimir Zelenski dünən baş tutan NATO, G7 və Avropa İttifaqı (Aİ) sammitlərindən sonra açıqlama verib.

AJMEDİA.İNFO bildirir ki, ölkə başçısı çıxışı zamanı Rusiya-Ukrayna müharibəsinin bir ayı tamamladığını deyərək fikirlərinə bu cür davam edib:

"Artıq 30-cu gündür. Əgər Rusiya bununla üzləşəcəyini bilsəydi, əminəm ki, onlar bura gəlməkdən tamamilə qorxardılar. Bu ay ərzində biz əsas istiqamətlərdən Rusiyanın bütün hücumlarına müqavimət göstərdik. Dünya dağıdıcı sanksiyalar tətbiq edib və biz yeni sanksiyalarla razılaşırıq”.

Ukrayna prezidenti, həmçinin etdiyi çağırışlar və danışıqlar haqqında da məlumat verib:

"Bu gün NATO, G7 sammiti, Avropa İttifaqı (Aİ) liderlər sammitinin iştirakçılarına və İsveç Parlamentinə mühüm müraciətlər etdim. Litva Prezidenti (Gitanas) Nauseda, İsrailin Baş naziri (Naftali) Bennett və Böyük Britaniyanın Baş Naziri (Boris) Consonla danışdım. Bütün bunlar Rusiyanın bir şeyi başa düşməsi üçündür - sülhün tərəfində olmaq lazımdır, həmçinin Rusiya da. Mən Misir prezidentinə də (Əbdülfəttah əs-Sisi) mövcud vəziyyətlə bağlı məlumat verdim”.

Çox mühüm fərmanlar imzaladığını bildirən Zelenski, "Bu gün Milli Qvardiyanın 7 əsgərinə "Ukrayna Qəhrəmanı" adının verilməsi ilə bağlı fərmanlar imzaladım. Təəssüf ki, bu əsgərlərdən 5-nə ölümündən sonra verildi", - deyə söyləyib. Zelenski qeyd edib ki, imzaladığı fərmanlar arasında Ukrayna Milli Qvardiyasının 240 əsgəri, 119 silahlı qüvvələrin əsgəri, 14 yerli icma nümayəndəsi və yerli məmur, 31 səhiyyə işçisi dövlət mükafatlarına layiq görülüb. O, həmçinin daha 4 şəhərə - Buça, İrpin, Oxtırka və Nikolayevə "Ukraynanın Qəhrəman şəhəri" fəxri adını verdiyini əlavə edib.(Sfera.az)