20 May 2024
Rusiya Ukraynada ilk dəfə “Xəncər”ləri işə saldı

Rusiya Ukraynada ilk dəfə “Xəncər”ləri işə saldı

19 Mart 2022
Baxış: 706

Rusiya ordusu ilk dəfə “Xəncər” (Kinjal) hipersəs raketlərindən istifadə edərək Ukrayna silah anbarını vurub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov məlumat verib.

“Martın 18-də “Xəncər” (Kinjal) aviasiya-raket sistemi İvano-Frankovsk vilayətinin Delyatin yaşayış məntəqəsindəki Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının olduğu böyük yeraltı anbarını dağıdıb”, - Konaşenkov bildirib. Kanal.az