17 May 2024
Rusiya Ukraynada bütün cəbhələrdə BÖYÜK İTKİLƏR VERİR - SON DƏQİQƏ!

Rusiya Ukraynada bütün cəbhələrdə BÖYÜK İTKİLƏR VERİR - SON DƏQİQƏ!

01 Mart 2022
Baxış: 633

Fevralın 24-də Ukraynaya hücum edən Rusiya bütün cəbhələrdə: hərbi, iqtisadi, kibercəbhədə böyük itkilər verir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov feysbukda bildirib:

“122 saatdır müqavimət göstəririk. Müdafiəçilərimizin qəhrəmanlığı sayəsində düşmənin itkilərə məruz qaldığı yeni cəbhələr açılır. Bizim şərqdəki uşaqlarımızı qeyd etmək istəyirəm. Onlar düşmən üçün qarşısıalınmaz maneə oldu, bu, onu dəhşətli dərəcədə demoralizə edəcək. Rusiya iqtisadi cəbhədə artıq böyük itkilər verib. Rusiya valyutası adi kağıza çevrilir. Rusiya neftinin ixracına ilk qadağa var. İşğalçı ordunun məhv edilməsinə beynəlxalq IT cəmiyyət qoşulub. Hətta ukraynalı məktəblilər kibercəbhədə hücuma keçib”.

Nazir, həmçinin xatırladıb ki, Avropadan silah tədarükü artır. Rusiyada isə minlərlə insan artıq bilirdi ki, hakimiyyət onlara yalan danışır və heç bir xüsusi əməliyyat yoxdur, bu, artıq minlərlə rusiyalının həlak olduğu adi işğalcı müharibədir.