16 May 2024
Rusiya üçün gerçək cəhənnəm hazırlanır

Rusiya üçün gerçək cəhənnəm hazırlanır

22 Yanvar 2022
Baxış: 444

Rusiya üçün gerçək cəhənnəm hazırlanır. Konqresmen Cim Benks Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlayıb, Konqresə təqdim edib. Bu, həqiqətən öldürücü sanksiyalardır. Tanış olaq

Şəxslər:

1.Milyarderlər: Roman Abramoviç, Oleq Deripaska, Alişer Usmanov, Gennadi Timçenko;

2.VTB-nin rəhbəri Andrey Kostin, VEB.RF(Vneşekonombank)-in rəhbəri İgor Şuvalov, Gazpromun rəhbəri Aleksey Miller, Rosneftin rəhbəri İgor Seçin;

3. Baş nazir Mişustin, səhiyyə naziri Mixail Muraşko, MSK-nın sədri Ella Pamfilova, Putinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Lavrov,;

4. Moskvanın meri Sobyanın, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, Sankt-Peterburgun qubernatoru Aleksandr Beglov;

5. İstintaq Komitəsinin rəhbəri Bastrıkin, FSB-nin rəhbəri Bortnikov, Prezident Adminisyrasiyanın rəhbəri müavini Kirienko, Prezident Administrasiyasının rəhbəri Vayno, Rosqvardiyanın komandanı Zolotov, Baş prokuror Çayka;

6. RT-nin baş redaktoru Simonyan, jurnalist Solovyov, "Birinci kanalın" baş direktoru Ernst.

7. Şimal Axını 2 ilə bağlı bütün şəxslər və şirkətlər.

Sanskiyalar layihəsində Co Baydenin bu şəxslərə qarşı sanskiyaların tətbiqi ayrı bəndlə qeyd olunub: Vladimir Putin, Rusiyanın bütün nazirləri, milyarderlər Dmitri Rıbolovlev, Mixail Fridman, Petr Aven, Ruben Vardanyan, Mixail Qutseriyev, İsgəndər Mahmudov, Andrey Bokaryov.

Vladimir Putinin dünyada olan bütün "qara" pullarının bloklanması da nəzərdə tutulur.

1. Rusiyanın SWIFT sistemindən ayrılması.2

2. Şimal Axını 2-nin ümumiyyətlə ləğvi(hal-hazırda Almaniya bloklayıb, amma layihənin ləğvi, kəmərin birdəfəlik məhvi deməkdir).

3. Rusiyanın, dövlət borcu ilə bağlı hər hansı əməliyyatlarının dayandırılması.

4. Rusiyanı terrorun sponsonu kimi dövlət səviyyəsində tanınması.

5. Strateji təhlükəsizliklə bağlı bütün danışıqların dayandırılması.

Sanskiyaların tətbiqi günündən 120 gündən sonra Bayden Konqresə Putinin bütün sərvəti haqqında hesabat təqdim etməlidir.

VƏ NƏHAYƏT ƏN ƏSASI. Bu sanskiyalar paketinin tətbiqi Rusiyanın Ukraynaya hücumu halını nəzərdə tutmayıb. Yəni bundan qabaq Konqresə təqdim olununan sanksiyalar paketləri Rusiyanın Ukraynaya hücumu təqdirdə tətbiqi nəzərdə tutulub. Bu paket isə bunu nəzərdə tutmur, Rusiya Ukraynaya hücum etməsə də bunlar tətbiq oluna bilər.


İLKİN DURMUŞOV