19 May 2024
"Rusiya sülhməramlılarının Qarabağda sayılı günləri qalıb" - Zatulin

"Rusiya sülhməramlılarının Qarabağda sayılı günləri qalıb" - Zatulin

05 Oktyabr 2023
Baxış: 356

Rusiya sülhməramlı qoşunlarının artıq Qarabağda müdafiə edəcək heç kəsi (erməniləri nəzərdə tutur – red.) yoxdur.

AJMEDİA.İNFO xəbər verir ki, bunu rusiyalı ermənipərəst deputat Konstantin Zatulin deyib.

“Aydın məsələdir ki, hər halda bizim hərbi qruplaşmanın Qarabağdakı günləri saylıdır, axı orada kimsə (ermənilər) qalmasa, kimləri qoruyacaqlar?”, - deputat bildirib.

Zatulin sülhməramlıların Azərbaycan ərazisini tərk etməsinin zaman məsələsi olduğunu söyləyib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməsi Gürcüstanı da ruhlandırıb. Deputat qeyd edib ki, bununla əlaqədar olaraq, Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın geri alınması ilə bağlı danışıqlar başlayıb.

Zatulin çıxışında “köhnə ənənə”sinə sadiq qalaraq, Azərbaycanın ünvanına qondarma ittihamlar səsləndirib.