17 May 2024
Rusiya qoşunları Ukraynada tankla poçt işçilərinin üzərindən keçdilər - ŞOK FOTO

Rusiya qoşunları Ukraynada tankla poçt işçilərinin üzərindən keçdilər - ŞOK FOTO

07 Mart 2022
Baxış: 435

Ukraynanın Zaporojye vilayətində Rusiya hərbçiləri “Ukrposhta”nın (Ukrayna Poçt xidməti) avtomobili atəşə tutub və onun üzərindən tankla keçiblər. Bir kişi və bir qadın hadisə yerində ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Zaporojye Vilayət Şəhər Administrasiyası məlumat yayıb.

Həmin gün “Ukrposhta”nın işçiləri Orexovo, Omelnik, Yeqorovka və Novoselovka qəsəbələrindən keçən marşrutla pensiya və poçt göndərirdilər. Yeqorovka və Novoselovka qəsəbələri arasındakı yolda Rusiya hərbçiləri tankı mülki avtomobilin qarşısına çıxıb.

Avtomobilin sürücüsü hərbi maşınların keçməsi üçün bir qədər sağa dönüb, lakin buna cavab olaraq hərbçilər mülki avtomobilə atəş açıb, sonra onun üzərindən keçiblər.

Şəhər administrasiyasından bildiriblər ki, sağ qalanların olması ümidi ilə əraziyə gedən həmkarlar hamının öldüyünü görüblər və yalnız fotolar çəkə biliblər, çünki ərazidə döyüş əməliyyatlarının aparılması və hərbi texnikanın hərəkəti ilə əlaqədar hazırda ölənlərin meyitlərinin təxliyəsi mümkün deyil.