19 May 2024
"Rusiya qoşunları Ukraynada öz vətənləri uğrunda vuruşurlar" - PUTİN

"Rusiya qoşunları Ukraynada öz vətənləri uğrunda vuruşurlar" - PUTİN

09 May 2022
Baxış: 525

"Rusiya qoşunları Donbasda vətən uğrunda vuruşurlar”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən Qələbə Paradında çıxışı zaman deyib.

Putin bildirib ki, Rusiya üçün “vətənin müdafiəsi" həmişə müqəddəs olub:

“Bu günlərdə siz Donbasda xalqımız üçün, vətənimiz Rusiyanın təhlükəsizliyi üçün vuruşursunuz. Hər şey onu göstərirdi ki, neonasistlərlə, banderaçılarla toqquşma qaçılmaz idi. Ukraynaya ən müasir silahlar tədarük edilirdi. Rusiya təcavüzə qabaqlayıcı cavab verdi. Bu, vaxtında edilən bir tədbir idi. Bu gün Donbas silahlıları Rusiya ordusu ilə birlikdə öz torpaqlarında döyüşür. Rusiya hərbçilərinə və Donbas silahlılarına müraciət edirəm, siz vətən üçün, onun gələcəyi üçün vuruşursunuz. Siz dünyadakı cəlladlara qarşı çıxmısınız”.