19 May 2024
Rusiya PUA-sı Türkiyə ərazisinə DÜŞDÜ

Rusiya PUA-sı Türkiyə ərazisinə DÜŞDÜ

22 İyun 2022
Baxış: 405

Türkiyənin Gümüşhane şəhərinin Kürtün rayonunda dağlıq ərazidə qəzaya uğramış Rusiyanın “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

AJMEDİA.İNFO-nun “Haber Global”a istinadən məlumatına görə, nə zaman düşdüyü müəyyən edilməyən PUA-nı göbələk yığmağa gedən vətəndaşlar tapıblar.

1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal itdikdən sonra bu bölgəyə gəlib çatdığı güman edilir.

Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA ekspertiza üçün paytaxt Ankaraya göndərilib.