19 May 2024
"Rusiya özünü Azərbaycanın ağası hesab edir, Türkiyə ölkədə iştirakını gücləndirməlidir" - Rəsul Quliyev

"Rusiya özünü Azərbaycanın ağası hesab edir, Türkiyə ölkədə iştirakını gücləndirməlidir" - Rəsul Quliyev

01 Sentyabr 2021
Baxış: 604

Azərbaycan Respublikası parlamentinin sabiq spikeri Rəsul Quliyev erməni separatçıların Xankəndidə "müstəqilliklərinin" 30 illiyini qeyd etməyə hazırlaşması və Rusiyanın da onlara yardımçı olması barədə fikirlərini bölüşüb.

AJMEDİA.İNFO sabiq spikerin fikirlərini olduğu kimi oxucularına çatdırır:

"2 Sentyabrda Xankəndidə ermənilər “müstəqillik” elan etdiklərinin 30 illiyini qeyd etməyə hazırlaşırlar. Rusiya “sülhməramlıları vasitəsilə” zorla Xankəndiyə gətirilmişlərə bu mərasimi həyata keçirmək üçün hərtərəfli dəstək verir, Laçın dəhlizindən bu əldə qayırma yubileydə iştirak etmək üçün Ermənistandan istər parlament üzvlərini, istərsə də çinovnikləri Xankəndiyə gəlməyə həvəsləndirir və xüsusi müşayiət dəstəsi yaradıb. RF-nın elə o dövrdə Azərbaycanın DQ adlı qurumun ləğv etdiyini yaddan çıxardıb.

Əgər müharibə 44 yox 45 gün davam etsəydi bu gün Xankəndidə və ətrafında bir nəfər erməni də olmazdı. Azərbaycanda nə Laçın dəhlizi, nə də sülhməramlı qüvvələrin ola bilmədiyini yadlarından çıxardıblar. Bu Laçın dəhlizi, ermənilərin 30 illik mərasim qeyd etməkləri Rusiyanın icazəsi və təşəbbüsü ilə keçirilir. Hər halda Azərbaycanda hər kəs bunu bilir.

Rusiya özünü Azərbaycanın ağası hesab edir və bu fikrindən əl çəkməyə hazırlaşmır. Azərbaycanın Şuşada mərasim keçirməsini, Füzuli aeroportunun tikilməsini, Füzuli-Şuşa magistralının çəkilməsini onunla razılaşdırmaması və bu işlərin kosmik sürətlə görülməsini həzm edə bilmir. Azərbaycanı yerinə oturtmaq üçün 30 illik müstəqillik – uşaq oyunu təşkil edir.

Azərbaycan Rusiyanın onun böyük qardaşı olmadığını ona başa salmalıdır. Türkiyə Azərbaycanda iştirakını gücləndirməlidir. Nə qədər ki, Putin var biz bu Rusiyadan canımızı qurtara bilməyəcəyik. Bizə Zelenskinin Baydenlə görüşü və ikitərəfli müdafiə müqaviləsinin bağlanmasının, Ukraina, Gürcüstan və Moldovanın NATO-ya qəbul edilməsinin çox böyük xeyri ola bilər. Ermənistan, Türkiyə və Azərbaycanla müqavilə bağlasa rusların sülhməramlıları ya öz xoşları ilə getməlidir, ya da işğalçı statusunda Azərbaycanda qalmalıdır.