20 May 2024
Rusiya kəşfiyyatında “ZƏLZƏLƏ” – Putini qəzəbləndirəcək GƏLİŞMƏ

Rusiya kəşfiyyatında “ZƏLZƏLƏ” – Putini qəzəbləndirəcək GƏLİŞMƏ

30 Mart 2022
Baxış: 530

Ukrayna Rusiya Təhlükəsizlik Xidmətində (FSB) çalışan, daxili təhlükəsizlik və kəşfiyyat işlərindən məsul olan 620 məxfi agentin məlumatlarını yayımlayıb.

AJMEDİA.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, Ukraynanın açıqladığı siyahıya agentlərin etimadnamələri, telefon nömrələri, ev ünvanları, maliyyə məlumatları və hətta yemək vərdişləri daxil edilib.

Siyahıdakı FSB agentlərindən birinin Skaypda “Jamesbond007” adlandırılması diqqət çəkib. Sızdırılan sənədlərdə bildirilir ki, bir agent bahalı avtomobilləri xoşlayır, digəri isə həddindən artıq spirtli içki qəbul edərək daim yol hərəkəti qaydalarını pozur.

Ukrayna rəsmiləri siyahıda yer alan rus agentlərinin Avropa ölkələrində cinayət işlərində əllərinin olduğunu iddia edib. Ukrayna rəsmiləri agentlər haqda məlumatın necə əldə edildiyini açıqlamayıb, amma Rusiya kəşfiyyat bölmələrinə köhnə sızıntılardan istifadə edildiyi təxmin olunur.

“Moskvanı utandıracaq ifşa” kimi xarakterizə edilən açıqlama Vladimir Putinin bəzi yüksək rütbəli FSB üzvlərini ev həsbinə göndərdiyinə dair xəbərlərdən sonra baş verib. Bildirilib ki, özü də keçmiş KQB agenti olan Putin Ukraynaya müdaxilə ilə bağlı həssas planların Qərbin kəşfiyyat qurumlarına sızdırıldığından şübhələndiyi üçün bu addımı atıb.

Putinin Ukrayna müharibəsindəki uğursuzluqlarda Rusiya kəşfiyyatını günahlandırdığı da iddia edilib. Saxlanıldığı iddia edilənlər arasında FSB-nin xarici kəşfiyyat bölməsinin rəhbəri Sergey Beseda və onun müavini Anatoli Bolyuk da var.

Teqlər: FSB