18 May 2024
Rusiya ilə İngiltərə arasında GƏRGİNLİK: F-35-in qalıqlarını tapmaq üçün...

Rusiya ilə İngiltərə arasında GƏRGİNLİK: F-35-in qalıqlarını tapmaq üçün...

18 Noyabr 2021
Baxış: 537

Aralıq dənizində uçuş zamanı İngilis F-35 B qırıcısının dənizə düşməsindən sonra təyyarənin qalıqlarını tapmaq üçün London və Moskvanın böyük yarışa girdiyi məlum olub.

AJMEDİA.İNFO xəbər verir ki, İngiltərə mətbuatı Kraliyyət Donanmasına aid F-35 B qırıcısının qalıqlarını əldə etmək üçün Rusiya və İngiltərənin yarışa girdiyini iddia edib.

Təyyarənin yüksək texnologiyası sayəsində ingilislər mümkün casusluğun qarşısını almaq üçün dərhal hərəkətə keçib. Qeyd edilir ki, F-35 B-nin görünmədən səsdən yüksək sürətlə uçmasına imkan verən çox məxfi radar və sensorlar var.

Əlavə edilib ki, təyyarənin qalıqları çərşənbə günü günortadan sonra tapılıb.(teleqraf.com)