19 May 2024
Rusiya ilə Ermənistan kommunikasiyaların açılmasını müzakirə etdi

Rusiya ilə Ermənistan kommunikasiyaların açılmasını müzakirə etdi

01 Noyabr 2021
Baxış: 471

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Ararat Mirzoyan arasında telefon danışığı olub.

AJMEDİA.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında qeyd olunur:

“Nazirlər Ermənistanla Azərbaycan sərhədində gərginliyə son qoymaq, Cənubi Qafqazda bütün kommunikasiyaları açmaq, regional əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məsələlərinə dair yekdil mövqeyə gəliblər. Həmçinin Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla həlli istiqamətində səyləri davam etdirməyin vacibliyi vurğulanıb”.