19 May 2024
"Rusiya hələ də Zelenskini öldürmək istəyir" - Arestoviç

"Rusiya hələ də Zelenskini öldürmək istəyir" - Arestoviç

30 Mart 2022
Baxış: 430

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, işğalçılar hələ də Volodimir Zelenskini öldürməyə çalışırlar.

AJMEDİA.İNFO xəbər verir ki, Arestoviçin sözlərinə görə, ruslar birbaşa Prezident Aparatının yaxınlığına dörd dəfə atəş açıblar. Bundan əlavə, işğalçılar ali hərbi-siyasi rəhbərlikdən kimisə “kənarlaşdırmaq” istəyirlər. Arestoviç, bu yerdə özünün də hədəf seçildiyini istisna etməyib.

“İşğalçılar Prezident Aparatını bombalamayacaqlar, lakin şübhə etmirəm ki, Zelenskini başqa üsulla məhv etmək cəhdlərindən əl çəkəcəklər” – deyə müşavir əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski artıq onun həyatına qarşı olan 10-dan çox cəhddən sağ çıxıb.(Konkret.az)