17 May 2024
Rusiya əsgərlərindən İYRƏNC HƏRƏKƏT: Ərini öldürdükləri ukraynalı qadına qarşı CİNSİ ZORAKILIQ ETDİLƏR

Rusiya əsgərlərindən İYRƏNC HƏRƏKƏT: Ərini öldürdükləri ukraynalı qadına qarşı CİNSİ ZORAKILIQ ETDİLƏR

24 Mart 2022
Baxış: 731

Hadisəylə bağlı artıq rəsmi araşdırma başladılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Ukraynanın baş prokuroru İrina Venicetovanın xəbərdarlığı ilə Ukraynada seksual zorakılıqla bağlı ilk rəsmi istintaq başlanıb.Venicetova Kiyevin şərqindəki Brovaridə iki əsgərin bir qadına hücum etdiyini açıqlayıb.

Bildirilir ki, cinsi zorakılığa məruz qalan qadının əri rus əsgərləri tərəfindən öldürülüb. Əsgərlərdən birinin kimliyi artıq məlumdur və hər yerdə onun axtarışlarına başlanılıb. Bundan başqa rus əsgərlərinin qadının uşaqlarını da silahla hədələdiyi bildirilir.

Millət vəkili Lesia Vasylenko isə deyib ki, “İkinci Dünya Müharibəsi zamanı Almaniyada iki milyon insanın rusların təcavüzünə məruz qalıb. Rusiya təcavüzü yeni bir müharibə taktikası kimi istifadə edir. Bu dəfə də Ukraynada tarix təkrarlanır”- deyə o bildirib.(moderator.az)