20 May 2024
Rusiya Ermənistana zərbə helikopterləri “SATIR” - ƏTRAFLI

Rusiya Ermənistana zərbə helikopterləri “SATIR” - ƏTRAFLI

23 Noyabr 2021
Baxış: 583

Bir sıra ölkələr, o cümlədən Ermənistan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri Rusiyanın ən yeni Ka-52M (“Timsah”) və Mi-28HE (“Gecə ovçusu”) döyüş vertolyotlarına “maraq göstərir”.

AJMEDİA.İNFO Virtualaz.org-a bu haqda “Rostex” korporasiyasının tərkibində olan “Rusiya vertolyotları” holdinqinin baş direktoru Andrey Boqinski jurnalistlərə bildirib.

Onun sözlərinə görə, noyabrın 14-dən 18-nədək Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Dubai Airshow 2021” beynəlxalq sərgisində xarici sifarişçilər bu vertolyotlara böyük maraq göstəriblər. “Ermənistandan, Qazaxıstandan, Malayziyadan, Mavritaniyadan, Səudiyyə Ərəbistanından nümayəndələr var idi. “Rosoboroneksport”dan olan həmkarlar bu vertolyotların təqdimatı ilə bağlı fəal işləyirlər, biz hazırkı nəticələrdən məmnunuq”,-baş direktor deyib.

Ka-52M

Holdinq Mi-28HE döyüş vertolyotunu ilk dəfə beynəlxalq sərgiyə çıxarıb. Sərgi zamanı vertolyotun uçuşları keçirilib, real döyüş şəraitində necə tətbiq edildiyi nümayiş etdirilib.

Ka-52M isə Ka-52 “Timsah” vertolyotlarının modernizə edilmiş variantıdır. Bu vertolyotlar daha uzaqmənzilli raketlər, radiolokasiya kompleksi ilə təchiz edilib, modernizə edilmiş döyüş maşını ilk dəfə 2020-ci ilin avqustunda uçuş keçirib. Mi-28HE isə hava hədəflərinin, tankların və zirehli texnikaların məhv edilməsi üçün nəzərdə tutulur. Onun silahlanmasına 30 millimetrlik avtomatik top, tank əleyhinə 6 və 10 kilometr mənzilli idarəedilən raketlər, idarəedilən “hava-hava” raketləri, idarəedilməyən raketlər və 500 kiloqrama qədər ağırlığında aviabombalar daxildir.

Mi-28HE

Ermənistanın bu döyüş vertolyotlarına “maraq göstərməsinə” gəldikdə isə əlbəttə, 44 günlük müharibədə darmadağın edilmiş ordusunu bərpa etmək və yenidən (üstəlik özlərinin dediyi kimi, müasir silahlarla) silahlandırmaq cəhdləri göstərən ölkənin nümayəndələrinin Dubay sərgisində “Timsah”a və “Gecə ovçusu”na baxması anlaşılandır. Amma bu “maraq” heç də Ermənistanın həmin vertolyotları əldə edəcəyi (ən azından yaxın perspektivdə) anlamını vermir. Çünki “Rostex” bu döyüş maşınlarını valyutaya satır və onları çətin ki, Ermənistana hədiyyə verərdilər. Hər belə vertolyotdan azı bir eskadrilyanı silahlandırmaq üçün yetəcək sayda almağa isə yüz milyonlarla dollar lazım gələrdi. Belə vəsait isə Ermənistanda yoxdur, yaxın gələcəkdə də olmayacaq...