17 May 2024
Rusiya dünyada analoqu olmayan qitələrarası raketini sınaqdan keçirdi – VİDEO

Rusiya dünyada analoqu olmayan qitələrarası raketini sınaqdan keçirdi – VİDEO

21 Aprel 2022
Baxış: 518

Rusiya Müdafiə Nazirliyi “Sarmat” qitələrarası ballistik raketinin ilk buraxılışının videosunu yayıb və onun uçuş sınaqlarına başlanılıb.

AJMEDiA.İNFO TASS-a istinadən xəbər verir ki, kadrlar hərbi idarənin Telegram kanalında yayımlanıb. Onlar raketin şaxtadan necə buraxıldığını və hədəf istiqamətində uçduğunu göstərir.

“Sarmat” qitələrarası ballistik raketinin ilk buraxılışı çərşənbə günü Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan həyata keçirilib. Buraxılış tapşırıqları tam şəkildə yerinə yetirilib və dizayn xüsusiyyətləri də raketin uçuşunun bütün mərhələlərində təsdiqlənib. Təlim döyüş başlıqları Kamçatkadakı Kür poliqonunda müəyyən əraziyə düşüb.

Hazırda Krasnoyarsk diyarındakı “Ujur” raket birləşməsi baş raket alayını yeni raket sistemi ilə yenidən təchiz etmək üçün hazırlayır.

Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyini uğurlu sınaq münasibətilə təbrik edərək, yeni kompleksin bütün müasir raket əleyhinə müdafiə sistemlərinin öhdəsindən gəlməyə qadir olduğunu və dünyada analoqu olmadığını vurğulayıb. Bizim.Media