21 May 2024
Rusiya Dumasında dava düşdü - ANBAAN VİDEO

Rusiya Dumasında dava düşdü - ANBAAN VİDEO

17 Dekabr 2021
Baxış: 555

Rusiya Federasiyası Dövlət Dumasında dava düşüb.

AJMEDİA.İNFO xəbər verir ki, Kommunist Partiyasından (KPRF) olan deputatlar ictimai yerlərdə QR kodların tətbiqi ilə bağlı qanun layihəsinin birinci oxunuşu zamanı “KPRF QR-faşizmə qarşı” plakatını qaldıraraq etiraz aksiyası keçiriblər.

Bu, Vahid Rusiya fraksiyasından olan millət vəkilləri ilə mübahisəyə səbəb olub.

Spiker Vyaçeslav Volodin aksiyanı “sirk” adlandırıb və “hər biri yarım milyon rubl alıb konsert verməyə başlayır”, - deyə deputatlardan şikayətlənib.

Qanun layihəsi 87 səs qarşı 329 səslə qəbul edilib.(oxu.az)