18 May 2024
Rusiya Azərbaycanın üç müəssisəsinə alma və pomidor tədarükünə icazə verdi

Rusiya Azərbaycanın üç müəssisəsinə alma və pomidor tədarükünə icazə verdi

16 Dekabr 2021
Baxış: 556

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın 3 müəssisəsinə alma və pomidor tədarükünə icazə verib.

AJMEDİA.İNFO quruma istinadən xəbər verir ki, onlar sabahdan ixraca başlaya bilərlər.

Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib.

Həmin şirkətlər Bakının Sabunçu rayonunda yerləşən “Yaşıl məhsul” MMC, Suraxanı rayonunda yerləşən “TST Azərbaycan” MMC və Xətai rayonunda yerləşən “Exotica” MMC-dir.

Beləliklə, bu gün Azərbaycanda 214 müəssisənin və 1 kooperativin Rusiyaya pomidor, 79 müəssisənin isə alma ixrac etmək üçün icazəsi var.