20 May 2024
"Rusiya 25 gündür Ukraynada axtardığı "nasistləri" TAPA BİLMİR" - Zelenskidən SƏRT SÖZLƏR

"Rusiya 25 gündür Ukraynada axtardığı "nasistləri" TAPA BİLMİR" - Zelenskidən SƏRT SÖZLƏR

21 Mart 2022
Baxış: 543

“Ukrayna xalqı təcavüzkar Rusiyaya qarşı inadla müqavimət göstərir”.

AJMEDİA.İNFO Konkret.az-a xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 21-də videomüraciətində bildirib.

Zelenski qeyd edib ki, ruslar axtardıqları “faşistləri” hələ də tapa bilməyiblər:

“Artıq 25 gündür ki, Rusiya hərbçiləri “xalqımızı qorumaq istəyi” ilə uyduqduqları “nasistləri” axtarır və tapa bilmirlər. Ən əsası isə rus hərbçiləri evlərinə yol tapa bilmirlər. Buna görə də, hərbçilərimiz onlara Tanrının məhkəməsinə getməyə kömək edirlər.

Tanrının məhkəməsinə… Əminəm ki, onlar etdiklərinin cəzasını alacaqlar – Qaranlıq zirzəmidə, bombalar altında, yeməksiz, susuz, istiliksiz qalan xalqımıza, dinc insanlara, sadə ukraynalılara qarşı etdikləri hər şeyə görə, Axtırka, Xarkov, Borodyanka, Çerniqov Volnovaxa, Mariupola və bir çox digər cəsur şəhərlərimizdə etdiklərinə görə”.

Zelenski xatırladıb ki, mühasirəyə alınan Mariupolda Rusiya təyyarələri yüzlərlə insanın gizləndiyi məktəbə bomba atıb:

“Onlar hərbi vəzifəli deyildi, orada qadın, uşaq və yaşlı nəslin nümayəndələri var idi. İndi onlar dağıntılar altındadırlar. Biz neçə nəfərin sağ olduğunu bilmirik. Amma biz bilirik ki, o bombanı atan pilotu mütləq vuracağıq, çünki biz artıq yüzlərlə eyni kütləvi qatilləri məhv etmişik”.