16 May 2024
Rus snayperin açdığı atəş Ukraynada azərbaycanlı əsgərin həyatına son qoydu - FOTOLAR

Rus snayperin açdığı atəş Ukraynada azərbaycanlı əsgərin həyatına son qoydu - FOTOLAR

01 Dekabr 2021
Baxış: 802

Ukrayna ordusunda xidmət edən 29 yaşlı azərbaycanlı Əli Alxaslı snayperdən açılan atəş nəticəsində həlak olub.

AJMEDİA.İNFO “Xarkovskiye izvestiya”ya istinadən xəbər verir ki, insident noyabrın 26-sı Novomixaylovski adlı ərazidə (Donbass) baş verib.

Bildirilir ki, həkimlərin bütün səylərinə baxmayaraq baş əsgər Əli Alxaslının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Əli Azərbaycanda doğulsa da, son illər Ukraynanın Xarkov şəhərində yaşayıb. O, bu şəhərdə də ailə həyatı qurub. Əli idmançı olub və döyüş sənəti ilə məşğul olub. Rinqə “döyüşçü” ləqəbi ilə çıxıb.

Əli Alxaslı 2018-ci ildə Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil olub.


(Qafqazinfo)