18 May 2024
"Rus ayısı" və "Çin əjdahası" bizim üçün Amerika kovboyundan daha yaxşıdır? - MARAQLI TƏHLİL

"Rus ayısı" və "Çin əjdahası" bizim üçün Amerika kovboyundan daha yaxşıdır? - MARAQLI TƏHLİL

10 Fevral 2022
Baxış: 475

Bir çox ərəb dairələri Çinin və Rusiyanın yüksəlişini və onların Qərblə qarşıdurmasını elə alqışlayır ki, sanki Putin Beyrut ətrafında, Çin lideri isə Qəzza bölgəsində doğulub,

AJMEDİA.İNFO xəbər verir ki, bunu Al-Qüds nəşri yazıb.

Məqalə müəllifi Çinin gündən- günə güclənən qüdrətinin və onun "müstəmləkə iddiaları"nın nəyə gətirib çıxaracağı barədə düşünüb.

Müstəmləkə "yaxşı" və ya "pis" ola bilərmi? Bəyəm tarixən bütün fövqəldövlətlərə üstün gücündən istifadə edərək başqalarını özlərinə tabe etdirmək, onları istismar etmək və başqa heyvanları ovlamaq kimi yırtıcıların düşüncəsi xas deyilmi?

Həddən artıq gücə malik olan insanlar özlərini heyvanlardan betər aparmırlarmı?

Bu sualları biz Qərb müstəmləkəçilərə nifrət edərək, indi öz təsirini artıran Çin və rus müstəmləkəçilərini hərarətlə alqışlayan ərəblərin sol qüvvələrinə, millətçilərə və müqavimət hərəkatına yönəldirik, sanki Tanrı özü onları amerikalıların və avropalıların hegemonluğundan azad etmək üçün məzlum xalqlara göndərib.

Təbii ki, biz heç vaxt inkar etməyəcəyik ki, amerikalı kovboy İsrailin işğalına dəstək verir, bundan əzab çəkən ərəblərin isə Amerikaya və bütövlükdə Qərbə nifrət etmək hüququ var. Amma, cənablar, bir dayanın, kim sizə deyib ki, çinlilər və ruslar daha yaxşıdır?

Nə zamandan müstəmləkəçilər hərbi və iqtisadi gücünü artıraraq, bunu dünyanın müxtəlif yerlərində kasıblarla və ehtiyacı olanlarla bölüşən xeyriyyəçilər olub? Hər halda tarix bunu bizə öyrədib.

Siz rus ayısının son yeddi ildə işğal etdiyi Suriyada nələri etdiyini görmüsünüzmü? Rusiya müdafiə nazirinin özünün şahidlik etdiyinə görə, Rusiya öz yeni silahını suriyalılar üzərində sınaqdan keçirib və Suriyanı rus silahlarının bütün növlərini sınaqdan keçirmək üçün poliqona çevirib.

Ölkə dağılıb, onun sakinləri qaçmağa məcbur olub. Həm də unutmayaq ki, Moskva suriyalıları ac qoyduğu halda, Putin və onun ordusu yerli sərvətləri talan etmək və onları gələcək 50 ilə mənimsəməklə məşğuldur.

Söhbət keçmişdən getmir. Rusiyanın bu qəddarlığını biz indi, hər gün, öz gözlərimizlə müşahidə etməkdəyik. Bu ölkənin tarix boyu törətdiyi vəhşi cinayətlərini xatırlatmağa ehtiyac yoxdur. Hamıya məlumdur ki, ruslar heç vaxt zəbt etdiyi torpaqları tərk etmir, hərçənd, ağır itkilər səbəbindən Əfqanıstandan çıxmağa məcbur oldular.

Amma, yox, siz bu işğalçıları, ölkəmizin ola bilsin 100 illər müddətinə zəbt edilməsini alqışlayırsınız, sanki xalqlar buna uyğunlaşıb onları qəbul edəcək.

Sizin fikrinizcə, bir çox illər öncə açıq şəkildə xüsusi qlobal missiyaya malik olmasını bəyan edən Çinin davranışlarında da pis heç nə yoxdur?

Şanxay universitetində mətbuat konfransında təqdim edilən bir elmi işə əsasən, Çin öz izafi gücünü öz sərhədlərindən kənara ixrac edilməsi barədə düşünməyə başlayıb, necə ki, bunu tarix boyu müstəmləkə dövlətləri edib. Və əgər siz ərəblər və digər müsəlmanlar gələcək Çin müstəmləkəçiliyinin mənəvi və mədəni aspektləri haqqında bilmək istəyirsinizsə, Tik Tokun məşhur Çin əlavəsinə nəzər yetirmək kifayət edər.

Bu gün Çin bütün dünyanı fəth edir, Qərbin sosial şəbəkələrinə layiqli rəqib olub, ona görə də hətta ABŞ-ın sabiq prezidenti Donald Tramp onun təsirini əvvəlcədən görərək, onu çinlilərdən almağa cəhd edib.

Bu əlavə əsl əxlaqsızlıq yuvasıdır, burada siz mənəvi normalardan ən müxtəlif sapmalara rast gələ bilərsiniz. Gündən- günə onun kontenti müsəlman, o cümlədəm ərəb ölkələrində daha çox populyarlıq qazanır. O, sanki meşə yanğınları kimi İslam dəyərlərini məhv edir, milyonlarla gənc ərəb oğlan və qızın diqqətini cəlb edir, çünki bu əlavədə özbaşınalıq hökm sürür.

Bu, uyğun olmayan fotonun yerləşdirilməsinə görə sizi səhifənizin ləğv edilməsinədək cəzalandıra biləcək Amerika və digər sosial şəbəkələrlə müqayisə edilə bilməz.

Bununla yanaşı, Çin əlavəsi maneəsiz olaraq əxlaqsız çarxlarını milyonlarla istifadəçinin izləməsi üçün yerləşdirməyə imkan verir, sanki bu, söz azadlığıdır.

Maraqlıdır ki, Çin ölkə daxilində KİV-lər və sosial şəbəkələrə sərt senzura tətbiq etdiyi halda, bizə və bütün dünyaya iyrənc, degenerativ mədəniyyəti ixrac edir.

Sizi çinçilərin fəxr etdiyi bu mədəniyyət cəlb edirmi?

Necə düşünürsünüz, əgər, Allah eləməsin, nə zamansa Çin ölkənizi işğal edərsə, Çin müstəmləkəçisi hansı dəyərləri yayacaq? O, sizə necə münasibət göstərəcək?

Məgər yalnız Çinlə Qərb müstəmləkəçiləri arasında dünyada hakimlik uğrunda mübarizənin getdiyi üçün onu dəstəkləmək gülməli deyilmi?

Siz nə zamansa düşünmüsünüzmü, bu dünyanın kaftarlarına qarşı durmaq üçün siz öz əllərinizlə əsl qullar kimi bir əllərdən digərlərinə keçən yeni yırtıcılar yetişdirirsiniz?..