21 May 2024
Rumıniyada NATO-nun “Dacian Spring” təlimi keçirilib

Rumıniyada NATO-nun “Dacian Spring” təlimi keçirilib

13 May 2023
Baxış: 547

Medgidiya və Smirdanda quru qoşunlarında 8-12 may tarixləri arasında keçirilən Dacian Spring (DASP23) komanda təlimində 500-ə yaxın Rumıniya, ABŞ, Fransa və İtaliya hərbçiləri iştirak edib.

Bu barədə cümə günü Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə Qərargahının rəhbəri general Daniel Petresku qeyd edib ki, təlimlər “NATO-nun Rumıniya və Bolqarıstandakı döyüş qruplarının artan cavab qabiliyyətini, həmçinin Cənub-Şərq Diviziyasının çoxmillətli komandanlığının öz ərazisində müdafiə əməliyyatları aparmaq qabiliyyətini təsdiqləyib”.

Teqlər: