20 May 2024
Ronaldodan anasına sürpriz hədiyyə - VİDEO

Ronaldodan anasına sürpriz hədiyyə - VİDEO

02 Yanvar 2024
Baxış: 356

“Əl-Nasr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun anasına doğum günündə hədiyyə təqdim etmə prosesini əks etdirən video yayılıb.

AJMEDİA.İNFO lent.az-a istinadən xəbər verir ki, 38 yaşlı forvard ötən həftə sonu anasının yaşadığı Madeyra adasına uçaraq ona Porsche markalı avtomobil hədiyyə edib.

31 dekabr 2023-cü ildə Dolores Aveironun 69 yaşı tamam oldu. Ronaldonun anası o qədər təsirlənib ki, göz yaşlarını saxlaya bilməyib.