19 May 2024
Roma Papası və Bayden pandemiya və iqlim böhranı məsələlərini müzakirə ediblər

Roma Papası və Bayden pandemiya və iqlim böhranı məsələlərini müzakirə ediblər

29 Oktyabr 2021
Baxış: 559

Roma Papası Fransisk və ABŞ Prezidenti Cozef Bayden arasında Vatikanda keçirilmiş görüş zamanı pandemiya ilə mübarizə və iqlim böhranının aradan qaldırılması məsələləri müzakirə olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.

“ABŞ Prezidenti Roma Papası Fransiskin iqlim böhranı ilə mübarizəyə rəhbərlik etməsini, həmçinin vaksinlərin bölüşdürülməsi və dünya iqtisadiyyatının bərabər səviyyədə bərpa olunması hesabına pandemiyaya son qoyulmasının təmin edilməsinə fəal dəstəyini yüksək qiymətləndirib”, - deyə məlumatda bildirilib.