06 May 2024
Reytinq AÇIQLANDI: Azərbaycan millisi səkkiz pillə geriyə düşdü

Reytinq AÇIQLANDI: Azərbaycan millisi səkkiz pillə geriyə düşdü

31 Mart 2022
Baxış: 353

FIFA milli komandaların reytinq siyahısını açıqlayıb.

Oxu.Az xəbər verir ki, reytinq cədvəlində bir çox dəyişikliklər baş verib.

Bu dəyişikliklər Azərbaycan millisindən də yan keçməyib. Komandamız yoxlama oyunlarında Malta və Latviyaya 0:1 hesabı ilə uduzmaqla 8 pillə geriləyib. Hazırda millimiz dünyanın 129-cu komandasıdır.

Qeyd edək ki, reytinqin ilk sıralamasında Braziliya Belçikanı qabaqlayaraq ilk pilləyə yüksəlib.