19 May 2024
Rəsmi qeydə alınan 8 partiyanın SİYAHISI

Rəsmi qeydə alınan 8 partiyanın SİYAHISI

06 Sentyabr 2023
Baxış: 547

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 8-ni artıq dövlət qeydiyyatına alıb.

Rəsmi qeydiyyata alınan siyasi partiyaların siyahısını təqdim edirik:

Yeni Azərbaycan Partiyası (YAP) – sədr İlham Əliyev;

Ağ Partiya – sədr Tural Abbaslı;

Vətəndaş Həmrəyliyi Partiyası – sədr Sabir Rüstəmxanlı;

Haqq Ədalət Partiyası – sədr Əli İnsanov;

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) – sədr Arzuxan Əlizadə;

Ümid Partiyası – sədr İqbal Ağazadə;

Milli Dirçəliş Hərəkatı Partiyası – sədr Fərəc Quliyev;

Ana Vətən Partiyası – sədr Fəzail Ağamalı.

Xatırladaq ki, Azərbaycanda müstəqillik dövründə 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Daha sonra onların sayı tədricən azalıb.

1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə isə 6 partiya hakim YAP-a birləşdiyini elan edib.

Son vaxtlaradək ölkədə qeydiyyatda olan 58 siyasi partiya qalmışdı.

"Siyasi partiyalar haqqında" yeni qanun bu il qüvvəyə mindikdən sonra bu qurumların daha 31-i özlərinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Bu, əsasən, yeni qanunla qeydiyyat üçün lazım olan minimum üzv sayının 5 minə qaldırılması ilə izah edildi.

Hazırda yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim etmiş 19 siyasi partiya Ədliyyə Nazirliyindən cavab gözləyir. yenisabah.az