18 May 2024
RƏSMİ! Bu cinayətləri törədənlər amnistiyaya düşməyəcək - SİYAHI

RƏSMİ! Bu cinayətləri törədənlər amnistiyaya düşməyəcək - SİYAHI

05 Noyabr 2021
Baxış: 566

“Korrupsiya cinayətləri, vəzifə səlahiyyətlərdən sui-istifadə, dövlət büdcəsindən təyinatı üzrə istifadə etməmə, vəzifə səlahiyyətlərini aşma, rüşvət vermə və digər cinayətlər bu amnistiyanın əhatə dairəsinə daxil deyil”.

AJMEDİA.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Kamal Cəfərov parlamentin iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu amnistiya vətənimizin ərazi bütövlüyü ilə bağlı hər hansısa formada zərər görən bütün şəxslərə şamil edilir: “Ona görə də həm əhatə dairəsinə görə, həm mahiyyətinə görə qarşıdan gələn Zəfər Gününə layiq bir aktdır və cənab Prezidentin xalqa hədiyyəsidir”.

Teqlər: amnistiya