18 May 2024
Rəşad Dağlı qonşusunu buna görə QƏTLƏ YETİRİB - YENİ DETALLAR

Rəşad Dağlı qonşusunu buna görə QƏTLƏ YETİRİB - YENİ DETALLAR

09 Noyabr 2022
Baxış: 521

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.

Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılıb. Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.