18 May 2024
Rəqsanənin qızı Aysun İsmayılova ikinci dəfə AİLƏ QURACAQ - FOTO

Rəqsanənin qızı Aysun İsmayılova ikinci dəfə AİLƏ QURACAQ - FOTO

12 Oktyabr 2023
Baxış: 894

Müğənni Aysun İsmayılova ikinci dəfə ailə həyatı quracağını bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sənətçi özü ARB-də yayımlanan "Günə son" proqramına açıqlamasında deyib:

“Yüz ölçüb, bir biçmək lazımdır. İkinci dəfə o, ailə dağılarsa, artıq iki tərəf də günahkardır. Elçi də gəliblər, maraqlanıblar da... İnşallah, bəli olacaq”.

Bu barədə müğənni Rəqsanə də fikrini bildirib:

“Aysuna deyirdim sənə dörd gün toy edəcəm. Sən ikinci dəfə ailə qur, elə bir toy edəcəm ki, bunun səsi-sədası qulaqlardan getməyəcək. Bu, mənim arzumdur".

Veriliş zamanı Aysunun toyunun qış aylarına təsadüf edəcəyi də vurğulanıb.

Qeyd edək ki, Aysun İsmayılova 2022-ci ili iyunun 30-da Eşqin adlı bəylə ailə qurub. Cütlük 2023-cü ilin mayın 5-də ayrılıb.