16 May 2024
Rəqsanənin oğlunun kiçik toyunda böyük təmtəraq: Əri Linetə brilyant üzük bağışladı - VİDEO

Rəqsanənin oğlunun kiçik toyunda böyük təmtəraq: Əri Linetə brilyant üzük bağışladı - VİDEO

26 İyul 2022
Baxış: 729

Ötən gün müğənni Rəqsanə İsmayılovanın ailəsində xoş gün yaşanıb.

AJMEDİA.İNFO xəbər verir ki, iyunda qızı Aysuna toy edən Rəqsanə indi də oğlu Muhammed Əliyə kiçik toy edib.

Sənətçi dəfələrlə toyun mediaya qapalı keçiriləcəyini desə də, ötən gecə məclisdə iştirak edən sənətçilər sosial şəbəkə hesablarında toydan lentə alınan video və fotolar yayımlayıblar.

Rəqsanənin oğlunun kiçik toyu paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub. Toyda türkiyəli müğənni Linet səhnə alıb.

Məclisdə iştirak edənlər mavi, bəyaz və ya qızılı rəngli geyimlərdən istifadə ediblər. Sənətçi bir müddət əvvəl açıqlamasında həmin rəng libaslarda gəlməyən qonaqların məclisə buraxılmayacağını bildirmişdi.

Toyda yaşanan maraqlı məqamlardan biri Rəqsanənin həyat yoldaşı Fazil Əmiraslanovun müğənni Linetə brilyant üzük bağışlaması olub.

Muhammed Əlinin kiçik toyunda özbək müğənni Yıldız Usmanova da səhnə alıb. O, Rəqsanə ilə birlikdə sevilən ifalarını səsləndirərək rəqs edib.

Xatırladaq ki, Rəqsanə uzun müddət idi ki, oğlu Muhammed Əlinin kiçik toyuna hazırlaşırdı. Hər zaman oğlunun üzünü mediadan gizlədən sənətçi toydan bir saat əvvəl mətbuat nümayəndələri ilə görüşəcəyini və övladının üzünü göstərəcəyini açıqlamışdı.