17 May 2024
Rəqsanə körpəsinin həyatını təhlükəyə atdığı görüntülərdən DANIŞDI - VİDEO

Rəqsanə körpəsinin həyatını təhlükəyə atdığı görüntülərdən DANIŞDI - VİDEO

19 İyul 2022
Baxış: 435

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında canlı yayım açaraq tənqid olunan videosuna aydınlıq gətirib.

AJMEDİA.İNFO xəbər verir ki, İsmayılovanın sözlərinə görə, həmin video oğlu Məhəmməd Əliyə həsr olunan klip çəkilişi zamanı lentə alınıb.

“Yazıblar ki, Rəqsanənin həyat yoldaşı qayda pozub. Qanun qarşısında boynumuz qıldan incədir. Dünən klip çəkilişində idik. Elə o videonu da çəkiliş zamanı lentə alıb, paylaşmışam. Fazil Rusiya vətəndaşıdır. Məndən fərqli olaraq Fazil bütün qayda-qanuna riayət edir”, - deyə müğənni əlavə edib.

Qeyd edək ki, Rəqsanənin sosial şəbəkə hesabında paylaşdığı videoda sükan arxasında əyləşən həyat yoldaşı Fazil Əmiraslanovun kəmərdən istifadə etməməsi və qucağında saxladığı oğlu Məhəmməd Əlini təhlükəyə atması tənqid edilib.