17 May 2024
“Rəhimin dəfnində ona pislik edən insanları gördüm” - VİDEO

“Rəhimin dəfnində ona pislik edən insanları gördüm” - VİDEO

07 Oktyabr 2022
Baxış: 523

“Rəhim Rəhimlinin dəfnində ona pislik edən insanları gördüm… Onlar özlərini ürəkləri yanırmış kimi aparırdılar. Bəlkə tamaşaçıları aldada bilərlər, amma Rəhimi yaxından tanıyanlar bilir ki, kim kimdir”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev “Xəzər axşamı” verilişində deyib.

O, həmkarının ölüm xəbərini gecə saatlarında aldığını bildirib: “Ümumi tanışımızdan xəbər aldım. Çökdüm təbii ki. Rəhimi sonuncu dəfə 1 ay -1 ay yarım öncə görmüşdüm. Vəziyyəti ağır idi. Soruşdum ki, müalicə alırsanmı? Dedi ki, hə, dostum, hər şey düzələcək. Hər kəsdən gizlədirdi”.