19 May 2024
Rayonlara istirahətə gedənlərə XƏBƏRDARLIQ - VİDEO

Rayonlara istirahətə gedənlərə XƏBƏRDARLIQ - VİDEO

03 Avqust 2023
Baxış: 438

Hava şəraiti dəyişəcək, dolu düşəcək, leysan yağacaq. Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra avqustun 3-dən etibarən hava yenidən pisləşəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, arabir leysan xarakterli yağış yağacaq, əsasəsn dağlıq və dağətəyi rayonlarda yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciəti edib. Nazirlikdən bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət edilməlidir.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.