19 May 2024
Ramzan Kadırovun digər qızı da yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

Ramzan Kadırovun digər qızı da yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

21 Fevral 2022
Baxış: 563

Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Hütmət Kadırova yüksək vəzifəyə gətirilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Qroznı İnform” məlumat yayıb.

Məlumata görə, Kadırova respublika rəhbəri katibliyinin rəis müavini təyin edilib. O, yeni vəzifəsində reabilitasiya mərkəzlərinin işinə nəzarət edəcək.

Qeyd edək ki, Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırova respublikanın Mədəniyyət Nazirliyinə rəhbərlik edib. Nazir vəzifəsinə təyin olunanda onun 22 yaşı var idi.