19 May 2024
Ramzan Kadırovun 14 yaşlı oğlunun bahalı saatı müzakirələrə səbəb oldu - FOTOLAR

Ramzan Kadırovun 14 yaşlı oğlunun bahalı saatı müzakirələrə səbəb oldu - FOTOLAR

04 Fevral 2022
Baxış: 618

Ramzan Kadırovun oğlu Adamın 37 milyon dəyərində olan Richard Mille saatı gündəmin müzakirə mövzusuna çevrilib.

AJMEDİA.İNFO Rusiya mediasına istinadla xəbər verir ki, sosial şəbəkələrdə Ramzan Kadırovun on dörd yaşlı oğlunun 37 milyon rubl dəyərində olan qol saatını müzakirə edirlər.
Çeçenistanın hazırda daim informasiya gündəmində olması fonunda sosial şəbəkələrdə Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adamın bahalı saatla fotosu yayılıb.
Adam Kadırov müxtəlif vaxtlarda İnstaqramda qol saatlarının aydın göründüyü eyni tipli bir neçə fotoşəkil yayımlayıb.
Aleksey Navalnının Kazan qərargahının keçmiş koordinatoru Oleq Yemelyanov Twitter səhifəsində bu şəkillərə və saatın özünə diqqət çəkib. “Əla, Ramzan Kadırovun oğlu Adam 37 milyon rubl dəyərində Richard Mille saatı taxır. Utanmır və sakit şəkildə İnstaqramında paylaşır”, – deyə Yemelyanov bildirib.

Yemelyanov bir az sonra Adam Kadırovun fərqli saat taxdığı başqa bir fotonu İnstaqram səhifəsində yerləşdirib. “1,7 milyonluq başqa bir Hublot saat. Yaxşıdır, məktəbə bir dəfə taxmaq olar”, – deyə o, fotoya şərh yazıb.
Yemelyanovun yazıları altında olan müzakirədə istifadəçilər xüsusilə Çeçenistanın subsidiyalaşdırılan region olduğunu xatırladaraq tənqidi şərhlər yazıblar.

Bir müddət əvvəl Çeçenistanın rəhbəri Ramzan Kadırov bəyan edib ki, Rusiya hər il Çeçenistan və onun əhalisini “saxlamaq” üçün 300 milyard rubl ayırır. Kadırovun sözlərinə görə, Çeçenistan bu pul olmadan üç ay belə yaşaya bilməyəcək. “Mən də düşündüm ki, bizə müstəqil İçkeriya lazımdır, biz ayrıca dövlət kimi yaşaya bilərik. Allaha and olsun ki, bacarmırıq. Rusiya olmasa, biz bacarmayacağıq”, – deyə Kadırov bildirib.

Şərhçilər Adam Kadırovla bağlı rezonans doğuran əhvalatı da xatırladılar. Ötən ilin aprelində o vaxt 13 yaşlı Adam həmyaşıdı Aslan Bitirovla boks görüşünə qatılıb. Adam Kadırovla Aslan Bitirov arasında baş verən zərbələrin mübadiləsi zamanı hakim gözlənilmədən mübarizəni dayandırıb və Aslanın ikincisi məğlubiyyətini etiraf edərək dəsmal atıb.

Nəticədə, bir çox insanlar qələbəni ən azı mübahisəli adlandırıblar. Adam Kadırov isə özü revanşa hazır olduğunu bəyan edib.(konkret.az)