17 May 2024
Ramzan Kadırov yenə özü-özünü BİABIR ETDİ - FOTO/VİDEO

Ramzan Kadırov yenə özü-özünü BİABIR ETDİ - FOTO/VİDEO

06 May 2022
Baxış: 622

Çeçenistan lideri Ramzan Kadırov Ukraynadakı qoşunlarının "qələbələrindən" danışaraq, növbəti dəfə özünü "Tik-Tok"da biabır edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu dəfə o, Luqansk vilayətinin Svetliçnoye kəndinin tutulduğunu bəyan edib. Məsələ burasındadır ki, bu yaşayış məntəqəsi 8 ildir əvvəl separatçılar tərəfindən tutulub.

Çeçenlərin "qələbəsi" haqqında mesaj Kadırovun "Telegram" hesabında yer alıb:

"Svetliçnoye qəsəbəsi tamamilə azad edilib. Əziz qardaşımız general-mayor Şarip Delimxanovun rəhbərliyi ilə çeçen döyüşçülərinin koordinasiyalı hərəkətləri sayəsində quldurların azğınlaşdığı daha bir ərazini mütləq nəzarətə götürmək mümkün olub".

O, "təmizləmə əməliyyatı"nın aparıldığını, daha sonra isə "humanitar tədbirlər" görüləcəyini bildirib.

2014-cü ildən Svetliçnoye kəndi "LXR" yaraqlıları tərəfindən işğal olunub. Yeri gəlmişkən, Svetliçnoye real döyüş yerlərindən 100 km-dən çox məsafədə yerləşir.(oxu.az)

Kadırov özünü biabır etdi - FOTO/VİDEOKadırov özünü biabır etdi - FOTO/VİDEO