17 May 2024
Ramzan Kadırov Ukraynaya qarşı vuruşmağa könüllülərdən ibarət dəstə GÖNDƏRDİ

Ramzan Kadırov Ukraynaya qarşı vuruşmağa könüllülərdən ibarət dəstə GÖNDƏRDİ

22 Mart 2022
Baxış: 524

Qroznıdan könüllülərin daha bir dəstəsi tam döyüş texnikası ilə Ukraynaya yola düşüb.

AJMEDİA.İNFO Rusiya KİV-nə istinadla bildirir ki, vu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib

Onun sözlərinə görə, Çeçenistan parlamentinin sədri Maqomed Daudov və respublika hökuməti sədrinin müavini Abuzaid Vismuradov könüllülərə vida nitqi söyləyiblər.

“Onlar qeyd ediblər ki, döyüşçülərin səkkiz ildir Donbass sakinlərinə qarşı terror törədən quldurlara qorxu salmaqla, Ukraynanın geniş ərazilərində Çeçenistan Respublikasının bayrağını qürurla və yüksəklərdə gəzdirmək üçün böyük şansı var”, - Kadırov vurğulayıb.

O, həmçinin bildirib ki, çeçen döyüşçülərinin qarşısında “Ukraynanı banderçi basqınçılardan və müxtəlif növ şeytanlardan azad etmək” vəzifəsi durur.