18 May 2024
"Ramiz Mehdiyev TULADIR, tula kimi də o mərtəbələrə ucalıb" - Sabiq YAP-çı nazirdən AĞIR SÖZLƏR

"Ramiz Mehdiyev TULADIR, tula kimi də o mərtəbələrə ucalıb" - Sabiq YAP-çı nazirdən AĞIR SÖZLƏR

11 Fevral 2022
Baxış: 636

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq nazir, professor Əli Nağıyev AMEA-nın prezidenti Ramiz Mehdiyevi sərt tənqid edib.

AJMEDİA.İNFO xəbər verir ki, Əli Nağıyev Demokrat.aza açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasına rəhbərlik etməsi Azərbaycan elminə təhqirdir:

“Gərək Ramiz Mehdiyev heç akademiyaya prezident göndərilməyəydi. Hər kəs gözəl bilir ki, Ramiz Mehdiyev AMEA-ya seçki yolu ilə getməyib, heç onun akademikliyi də həqiqi deyil”.

Əli Nağıyev vəzifədə olduğu zaman belə Ramiz Mehdiyevlə bağlı açıq sözünü demək cəsarətində olduğunu söyləyib:

“Doğrunu deyənin yeri Allahın yanıdır. Normal insan doğrunu deməkdən çəkinməməlidir. Mən ona sözümü zamanında demişəm. Axı Ramiz Mehdiyev kimdir ki, indi mən ondan danışım? Ramiz Mehdiyev tuladır, tula kimi də o mərtəbələrə ucalıb. Onun bu ölkədə hər bir adama pisliyi dəyib, kiməsə yal verib, kiməsə də pislik edib”.