20 May 2024
"Rafael" şirkəti hipersəs raketlərinin qarşısını almaq üçün sistem hazırlayıb

"Rafael" şirkəti hipersəs raketlərinin qarşısını almaq üçün sistem hazırlayıb

15 İyun 2023
Baxış: 503

İsrailin müdafiə şirkəti "Rafael" "Sky Sonic" layihəsi kimi tanınan hipersəs raketlərinin qarşısını almaq üçün sistem üzərində iş apardığını açıqlayıb.

Şirkət rəhbərliyi layihənin bitmə mərhələsində olduğunu və bu işin nəticələrinin yaxın vaxtlarda geniş ictimaiyyətə təqdim olunacağını təsdiqləyib.

Şirkət nümayəndələri hələlik layihənin təqdim ediləcəyi konkret vaxtı açıqlamasalar da, vurğulayırlar ki, "Rafael" mühəndisləri bir neçə ildir ki, sistemin yaradılması üzərində işləyir.

Şirkətin rəhbəri Yuval Şteynits iddia edir ki, bu sistemin əsasını "Rafael"in malik olduğu və dünyada analoqu olmayan unikal texnologiya təşkil edir.

Teqlər: