18 May 2024
Rafael Qrossi: Nüvə proqramı ilə əlaqədar İranın gizli fəaliyyəti barədə bir söz deyə bilmərəm

Rafael Qrossi: Nüvə proqramı ilə əlaqədar İranın gizli fəaliyyəti barədə bir söz deyə bilmərəm

04 Aprel 2021
Baxış: 1231

Nüvə proqramı ilə əlaqədar İranın gizli fəaliyyəti barədə bir söz deyə bilmərəm.

AJM xəbər verir ki, bu sözləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Almaniyanın “Zoddeutsche Zeitung” qəzetinə verdiyi müsahibəsində deyib. O bildirib ki, əgər nüvə razılaşması üzrə tərəflər öhdəlikləri yerinə yetirsələr onda AEBA daha dəqiq məlumat əldə edər və İranın nüvə fəaliyyətini tam nəzarətdə saxlayar.

R.Qrossi nəzərə çatdırıb ki, bütün çətinliklərə baxmayaraq İranın nüvə proqramına təşkilat tərəfindən nəzarət edilir. Əgər tərəflər razılıq əldə edə bilməsələr, onda yenidən danışıqlara başlamaq lazım gələcək ki, bu da çox çətin bir proses olacaq.